İŞİD “UNESCO” siyahısında olan məbədi ələ keçirdi (FOTO)
Bizi izləyin

Dünya

İŞİD “UNESCO” siyahısında olan məbədi ələ keçirdi (FOTO)

İraq Şam İslam Dövləti (İŞİD) silahlıları UNESCO siyahısına daxli edilmiş antik məbədlərdən birini ələ keçirib.

ANS PRESS-in məlumatına görə, İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzvləri İraqın antik arxitektura incilərindən biri olan Hatra (Əl-Hadr) şəhərinin məbəd kompleksini ələ keçirib.

Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilən Hatra məbədini qoruyan İraq polisi İŞİD-lə mübarizədə müqavimət göstərə bilməyərək qaçıb.

İraqın paytaxtı Bağdadın 290 kilometr şimalında yerləşən Hatra şəhərindəki Günəş məbədi "The Exorcist" filminin bəzi səhnələrinin orada çəkilməsindən sonra məşhurlaşmış və turistlərin marağını cəlb etmişdi.

Qeyd edək ki, məbəd kompleksi 1985-ci ildə YUNESKO-nun Dünya Mirası Siyahısına salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm