Bazar ertəsi hökumətlə və müxalifəti arasında əsas danışıqlar olacaq
Bizi izləyin

Dünya

Bazar ertəsi hökumətlə və müxalifəti arasında əsas danışıqlar olacaq

Suriya hökuməti və müxalifəti arasında əsas danışıqlar Cenevrədə bazar ertəsi başlayacaq, bundan əvvəl yalnız məsləhətləşmələr olub. Bu barədə şənbə günü jurnalistlərə Suriya müxalifətinin nümayəndə heyətinin rəsmi nümayəndəsi Luay Safi bildirib.

"İndi yalnız məsləhətləşmələr aparılıb. Əsas danışıqlar bazar ertəsi başlayacaq. Danışıqlar zamanı biz keçid hökumətinin yaradılmasını müzakirə edəcəyik", - Safi deyib.

"Cenevrə-2" beynəlxalq konfransı çərçivəsində Suriya hakimiyyətinin müxalifət nümayəndə heyəti ilə görüşün ilk mərhələsi şənbə günü baş tutub, danışıqlarda BMT və ƏDL-in xüsusi nümayəndəsi Lahdar Brahimi iştirak edib. /Terend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm