Obama Suriya üçün 1,5 milyard dollar istədi
Bizi izləyin

Dünya

Obama Suriya üçün 1,5 milyard dollar istədi

Obama Konqresdən Suriya müxalifətinə yardım üçün 500 milyon dollar ayrılmasını istəyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ hökuməti Suriya müxalifətinin liberal qanadına yardım etmək fikrindədir. ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi Keytlin Heyden bildirib ki, bu pullar Suriya müxalifətinə həm Bəşər Əsəd rejiminə, həm də ekstremist təşkilat olan İraq Şam İslam Dövlətinə (İŞİD) müqavimət göstərməsinə kömək edəcək.

Bundan əlavə, Barak Obama Konqresdən İordaniya, İraq, Livan ərazilərində antiterror əməliyyatları üçün 1,5 milyard dollar yardım tələb edib. Daxili vəziyyətin kəskinləşdiyi İraq üçün 500 milyon dolların ayrılması gözlənilir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm