İran: “İraqa silah göndərərik” – Təhdid
Bizi izləyin

Dünya

İran: “İraqa silah göndərərik” – Təhdid

İran Xarici İşlər Nazirliyi rəsmi Bağdadın istədiyi təqdirdə İraqa hərbi sursat göndərə biləcəklərini bildirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İran İslam Respublikası xarici işlər nazirinin müavini Əmir Abdullahiyan İraq Şam İslam Dövləti (İŞİD) ilə mübarizədə İraq hökumətinin yanında olduğunu qeyd edib. Abdullahiyan həmçinin rəsmi Bağdad istəyərsə, bu ölkəyə silah göndərəcəklərini bildirib.

İranın “El Aləm” kanalına açıqlama verən XİN sözçüsü “İraq tələb etsə, beynəlxalq hüquq çərçivəsində və açıq müqavilələr daxilində bu ölkəyə hərbi sursat göndərə bilərik” deyə qeyd edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm