“Yeni SSRİ” üçün tarixi gün: Moskva çarəsizdir
Bizi izləyin

Dünya

“Yeni SSRİ” üçün tarixi gün: Moskva çarəsizdir

Bu gün Brüsseldə Avropa Birliyi (AB) sammitinin əsas hissəsi başlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, sammitin gündəliyinə Ukrayna ilə assosiasiya sazişinin iqtisadi hissəsinin imzalanması salınıb.

Ukraynadan əvvəl isə Gürcüstan və Moldova assosiasiya haqqında razılaşma imzalayacaq. Xatırladaq ki, 21 martda Ukrayna və Avropa Birliyi arasında assosiasiya haqqında razılaşmanın siyasi hissəsi imzalanıb. Sənədi Ukrayna tərəfdən baş nazir Arseniy Yatsenyuk imzalamışdı.

Sammitdə AB ölkələrinin liderləri Ukrayna və onun gələcəyinə təsir edə biləcək bir sıra qərarlar qəbul etməlidirlər. Prezident Pyotr Poroşenkonun komandasının yaydığı məlumata görə, AB liderləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunması barədə qərar verə bilərlər.

Rusiya isə Ukraynaya qarşı hədələyici bəyanatla çıxış edib. Xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) ilə azad ticarət zonası çərçivəsində üstünlüyünü itirə bilər.

Rusiya prezidentinin məsləhətçisi Sergey Qlazyev isə Ukrayna və AB arasında assosiasiya sazişini “müasir tarixdə iri siyasi macəra” adlandırıb.

Siyasi ekspertlər Brüsseldəki bugünkü imzalanma mərasimindən sonra Ukraynanın şərqində vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm