Donetsk və Luqansk birləşdi – Video
Bizi izləyin

Dünya

Donetsk və Luqansk birləşdi – Video

Ukraynanın şərqində separatçıların qurduğu qondarma Donetsk və Luqansk Respublikaları “Xalq Birliyi Respublikası” adı altında birləşib.

Publika.az xəbər verir ki, Ukraynanın şərqində Rusiyayönümlü separatçıların qurduğu qondarma Donetsk və Luqansk Respublikalarının nümayəndələri Donetsk Hökumət Evində görüşərək “parlament” toplantısı təşkil ediblər.

Toplantıya separatçı liderlərdən Bölgələr Partiyasından olan keçmiş millət vəkili Oleq Sarev, “Donetsk Respublikası”nın liderlərindən Vladimir Makkoviç və “Luqansk Respublikası”nın liderlərindən Aleksey Keryakin sədrlik edib. Tədbir Ukrayna ordusu ilə toqquşmada həlak olanların xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.

Donetskdən 21, Luqanskdan 28 nəfər olmaqla 49 nümayəndənin qatıldığı toplantıda “millət vəkillərinin”andiçməsi keçirilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm