İranda edam edilən azyaşlıların sayı artır
Bizi izləyin

Dünya

İranda edam edilən azyaşlıların sayı artır

BMT-nin İnsan Haqları üzrə baş komissarı Navi Pillay İranı ərini qətlə yetirdiyinə görə həbsə düşən 17 yaşlı qadını edam etməməyə çağırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Razi İbrahimi Avxaz həbsxanasındadır. Bu həbsxanada onun kimi 18 yaşına çatmayan 160 iranlı öz edam günlərini gözləyir. Pillayın bildirdiyinə görə, təkcə bu il İranda 250 nəfər edam edilib.

“İbrahimi 14 yaşında zorla ərə verilib. Ərə getdikdən sonra həyat yoldaşı tərəfindən daim zorakılığa məruz qalıb. Qətli törətdikdən sonra 2010-cu ildə həbs edilib”,- deyən Navi Pillay qeyd edib ki, azyaşlıların edam olunması beynəlxalq qanunlara ziddir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm