• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Moskva 3 respublikanı birdəfəlik itirdi (YENİLƏNDİ)

  • Dünya
  • 27 İyun 2014 13:46
  • 455 Baxış
Moskva 3 respublikanı birdəfəlik itirdi (YENİLƏNDİ)

Ukrayna və Avropa Birliyi (AB) arasında assosiasiya haqqında razılaşmanın iqtisadi hissəsi imzalanıb.

Publika.az-ın “RBK-Ukrayna” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, sənədə Ukrayna tərəfdən prezident Pyotr Poroşenko, AB tərəfdən isə Avropa Şurasının prezidenti Herman Van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu imza atıb.

Razılaşma azad ticarət zonasının yaradılmasını nəzərdə tutur.

AB ilə assosiasiya haqqında razılaşmaları, həmçinin Gürcüstan və Moldova da imzalayıb.

****

Razılaşma Ukraynadan başqa AB-nin bütün üzv ölkələri tərəfindən təsdiqlənməlidir. Ukrayna xarici işlər nazirinin birinci müavini Natalya Qalibarenko bu günlərdə bildirib ki, razılaşmanın təsdiqinə qədər onun müddəalarının əksəriyyətinin müvəqqəti tətbiqinə başlanılacaq. Assosiasiya haqqında razılaşma 1 yanvar 2015 ildən ukraynalılara AB ölkələrinə vizasız səfər etməyə imkan verəcək.

Moskva isə razılaşmanın Rusiya iqtisadiyyatı üçün risklər yaratdığını iddia edir. Rusiya İqtisadi İnkişaf Nazirliyinin ticar danışıqlar departamentinin direktoru Maksim Medvedkov “İnterfaks”a açıqlamasında bildirib ki, AB ilə imzalanan razılaşma MDB çərçivəsində Ukraynanın üzərinə götürdüyü öhdəliklərə ziddir. MDB-nin azad ticarət haqqında razılaşmanın şərtlərinə görə, Ukrayna digər azad ticarət zonalarında iştirak edə bilər. Amma MDB çərçivəsində imzalanan razılaşmalarla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir. “Aydındır ki, eyni zamanda həm Avropa Birliyi, həm də MDB qarşısında götürülən öhdəlikləri yerinə yetirmək mümkün deyil”, - Medvedkov qeyd edib.

Rusiya hakimiyyəti hesab edir ki, Ukraynanın AB İlə Ukraynanın iqtisadi razılaşması Rusiya iqtisadiyyatının ayrı-ayır sektorları üçün problemlərə gətirib çıxara bilər. “Xüsusi halda, “domino effekti” riskləri mövcuddur. Avropa malları Ukrayna mallarını Ukrayna ərazisindən sıxışdırıb çıxardacaq. Sonra isə bu məhsullar Rusiya bazarına ayaq açacaq. Avropa Birliyi şirkətləri həmçinin məhsullarının istehsalında tamamlama işləri üçün Ukraynanın ərazisindən istifadə edə bilər. Sonradan isə bu məhsullar Gömrük Şurası ölkələrinə ixrac olunacaq”, - Medvedkov narahatlığını dilə gətirib.

Rusiya prezidenti Vladimir Putin də dəfələrlə bildirirdi ki, Ukraynanın AB ilə imzalayacağı assosiativ razılaşmanın iqtisadi hissəsinin qüvvəyə minəcəyi halda “adi beynəlxalq təcrübə” rejiminə keçməyə məcbur olacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR