Poroşenkonun imzasına ilk reaksiya: “Nasist” və…
Bizi izləyin

Dünya

Poroşenkonun imzasına ilk reaksiya: “Nasist” və…

Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Sergey Qlazyev Ukrayna prezidenti Pyotr Poroşenkonu “nasist” və “qeyri-qanuni” adlandırıb.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Putinin məsləhətçisi Poroşenkonun “qeyri-qanuni”liyini seçkilərin bütün Ukrayna ərazisində keçirilməməsi ilə izah edib.

Ukraynanın Avropa Birliyi ilə imzaladığı assosiativ sazişə toxunan S.Qlazyev Avropanın Ukraynanı buna məcbur etdiyini dilə gətirib.

“Onlar Ukraynada hərbi çevriliş təşkil etdilər, onlar nasistlərə hakimiyyətə gəlməyə kömək etdilər. Bu nasist hökumət isə Ukraynanın ən böyük regionunu bombalayır”, – deyə Rusiya prezidentinin məsləhətçisi Avropanı ittiham edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm