Rusiya qırıcıları İŞİD-i bombalayacaq – Şok
Bizi izləyin

Dünya

Rusiya qırıcıları İŞİD-i bombalayacaq – Şok

Ölkənin bir sıra strateji məntəqələrini ələ keçirən “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı bir neçə günə məhv ediləcək.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri İraq baş naziri Nuri Əl-Maliki BBC-nin ərəb xidmətinə müsahibəsində deyib.

O, Rusiyadan alınan qırıcıların bir neçə günə əllərində olacağını və İŞİD-in yuvalarının yox ediləcəyini ifadə edib. Baş nazir rus qırıcılarının İraq ordusuna İŞİD-lə mübarizədə əhəmiyyətli bir üstünlük qazandıracağını söyləyib.

Maliki ABŞ-dan qırıcıların alınması prosesinin uzanmasından da şikayətlənib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin iki gün əvvəl İraq baş naziri ilə telefon söhbətində İraq ərazisinin terrorçulardan azad olunmasına tam dəstək göstərməyə hazır olduğunu bildirib. Təsadüfi deyil ki, Putinin bu addımı ABŞ ekspertlərinin diqqətini çəkib. Son dərəcə aydın bəyanatın olduğunu deyən ekspertlər Moskvanın Suriyada Əsəd rejimi kimi, İraqda da Maliki hökumətini dəstəklədiyini deyir. Onların fikrincə, Rusiya ABŞ-ın qərarsızlığından istifadə edə və İraqda təşəbbüsü əsas rəqibinin əlindən ala bilər.

İraq baş naziri 2012-ci ilin oktyabr ayında Rusiyaya etdiyi səfərində ümumilikdə 4,2 milyard dollar dəyərində olan iki müqavilə imzalamışdı. İki milyard dollar dəyərində olan ilk müqavilə 30 ədəd “Mİ-28NE” hərbi vertolyotların, 2,2 milyard dollar dəyərində olan ikinci müqavilə isə 42 ədəd “Pantsir-S1E” zenit-raket kompleksinin alınmasını nəzərdə tutur.

Razılaşma ilə Rusiya ABŞ-dan sonra İraqa silah satan ən böyük ikinci ölkə mövqeyini ələ keçirib. ABŞ hərbçilərinin İraqdan çıxmasından sonra ordunu yenidən qurmağa çalışan Maliki heç bir ölkənin İraqa silah satışında inhisarçı mövqeyə sahib olmadığını bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm