20 General və 20 admiral hədəfdə - Gülənə qarşı daha bir əməliyyat
Bizi izləyin

Dünya

20 General və 20 admiral hədəfdə - Gülənə qarşı daha bir əməliyyat

20 General və 20 admiral hədəfdə - Gülənə qarşı daha bir əməliyyat

Gülən hərəkatının nüfuz etdiyi Türkiyə Silahlı Qüvvələrində (TSQ) araşdırmalar nəticə verib.

Publika.az “Axşam.com.tr”yə istinadən xəbər verir ki, Türkiyə baş naziri R.T.Ərdoğanın təlimatı ilə üç aydır araşdırma aparan komanda 40 general və admiralın Gülən hərəkatına xidmət etdiyini təsbit edib. Onlardan 20 nəfəri general-mayor, 5-i bölgə komandiri, 7-si vitse-admiral, digərlər general və admiral rütbəsindədir.

Xüsusi komandanın əldə etdiyi məlumata görə, bir hərbçinin Gülən hərəkatı ilə ciddi əlaqədə olduğu məlum olub. Həmin şəxsin xidmət etdiyi bölgədəki bir çox dövlət dairələrinin gülənçilər tərəfindən zəbt olunduğu da ortaya çıxıb.

Gülən hərəkatına xidmət edən hərbçilərin şəxsiyyətləri aşkarlandıqdan sonra Yüksək Hərbi Şuranın (YHŞ) toplantısında onlar haqqında ciddi ölçü götürüləcək.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm