Suriyada döyüşənlərə Ərdoğan aylıq məvacib verir
Bizi izləyin

Dünya

Suriyada döyüşənlərə Ərdoğan aylıq məvacib verir

Suriyada çoxsaylı qırğınlar törədən Azad Suriya Ordusunun döyüşçüləri Türkiyəyə keçdikdən sonra ailələri ilə birgə rahat həyat yaşayırlar.

Axar.az xəbər verir ki, Suriyada döyüşüb Türkiyəyə gələn cihadçı xadimlər Miqrasiya şöbəsinin verdiyi müvəqqəti oturum statusu əvəzinə Azad Suriya Ordusunun hərbi şəxsiyyət vəsiqəsini daşıyırlar. Təhlükəsizlik qüvvələri Daxili İşlər Nazirliyinin təlimatı çərçivəsində Azad Suriya Ordusunun vəsiqələrini etibarlı qəbul edir və bunu daşıyanlar toxunulmaz sayılır. Üstəlik, Türkiyə hökuməti bu şəxslərə hər ay 800 lirə (təqr. 400 manat) məvacib ödəyir.

ASO-nun döyüşçüləri Türkiyənin İstanbul, Bursa, Ankara və bir çox şəhərlərində məskunlaşıblar. İstanbulda yaşayan suriyalıların ASO vəsiqəsini daşıyan cihad döyüşçülərinin nəzarətində olduğu iddia edilir. Bu döyüşçülərin suriyalılar arasındakı hər cür problemi həll etməyi bacardıqları və gənclər üzərində də nəzarəti ələ aldıqları bildirilir. Suriyalı döyüşçülərin Türkiyə şəhərlərindən ölkələrində döyüşmək üçün əsgər topladıqları da iddia olunur.

Xatırladaq ki, ekspertlər bu faktın gələcəkdə Türkiyənin başına dərd açacağını proqnozlaşdırırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm