• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gülnarəni öldürdülər?

  • Dünya
  • 27 İyun 2014 17:57
  • 446 Baxış
Gülnarəni öldürdülər?

Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova oğlu İslam Kərimovun Londondan Rusiya telekanalına verdiyi müsahibədən sonra yoxa çıxıb.

Virtualaz.org saytı xəbər verir ki, bir neçə gündür G.Kərimova və onunla birlikdə fevral ayından bəri ev dustaqlığında saxlanılan qızı İman qohumlarının telefon zənglərinə cavab vermir. Yaxınları hətta onu da istisna etmir ki, Gülnarə artıq həyatda yoxdur.

Bu məlumatı Gülnarənin qohumlarından biri “Moskovskiy komsomolets” qəzetinə verib.

Xəbər verildiyi kimi, Gülnarə Kərimovanın atasının adını daşıyan 21 yaşlı oğlu İslam Londondan Rusiyanın REN-TV kanalı ilə əlaqə saxlayaraq müsahibə vermək istədiyini bildirib.

Telekanalın əməkdaşı Marianna Maksimovskaya onunla görüşüb və Özbəkistanın hakim ailəsində ötən ilin payızından etibarən baş verən qalmaqallar barədə danışdırıb. Süjet iyunun 21-də efirə gedib.

Nəvə İslam Kərimov

Nəvə İ.Kərimov anasının və bacısı İmanın Daşkənddə ev dustağı edildiyini təsdiqləyib, həmçinin onların həyatı üçün təhlükə olduğunu bildirib. İslam Kərimovun nəvəsi müsahibədə babasına müraciət edərək onları dinləməyə çağırıb.

Kiçik İslam Kərimov hesab edirdi ki, kimlərsə onun anası barədə Özbəkistan prezidentinə yanlış informasiyalar çatdıra və beləliklə də ailədə düşmənçilik yarada bilər. Həmçinin İslam Kərimov anasının və özünün ağır metalla zəhərləndiyini də deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR