Avropalaşmaq Kiyevə neçəyə başa gələcək? – Şok rəqəm
Bizi izləyin

Dünya

Avropalaşmaq Kiyevə neçəyə başa gələcək? – Şok rəqəm

Ukraynanın Avropa Birliyinə (AB) uyğunlaşması üçün 10 il və 180 milyard avroya ehtiyacı var.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Sahibkarlar İttifaqının açıqlamasında deyilir.

Xatırladaq ki, Ukrayna Brüsseldə keçirilən Avropa Birliyi liderlərinin sammitində assosiasiya haqqında qazılaşmanın iqtisadi hissəsini imzalayıb.

Razılaşma Ukraynadan başqa AB-nin bütün üzv ölkələri tərəfindən tədqilənməlidir.

Ukrayna xarici işlər nazirinin birinci müavini Natalya Qalibarenko bu günlərdə bildirib ki, razılaşmanın təsdiqinə qədər onun müddəalarının əksəriyyətinin müvəqqəti tətbiqinə başlanılacaq. Assosiasiya haqqında razılaşma 1 yanvar 2015 ildən ukraynalılara AB ölkələrinə vizasız səfər etməyə imkan verəcək.

Ukrayna Sahibkarlar İttifaqının açıqlamasında deyilir ki, enerji effektivliyinin artırılması, istehsalın texniki müasirləşdirilməsi, əsas fondların yaradılması, texniki reqlament və standartların uyğunlaşdırılması üçün 170-180 milyard avro birbaşa investisiya lazımdır.

Qurum bir çox parametrlər üzrə Avropa iqtisadiyyatı ilə müqayisədə Ukrayna iqtisadiyyatı rəqabətə davamlı olmadığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm