Meksika hərbi vertolyotu ABŞ sərhədçilərinə atəş açdı
Bizi izləyin

Dünya

Meksika hərbi vertolyotu ABŞ sərhədçilərinə atəş açdı

Meksika hərbi vertolyotu ABŞ-nın Arizona ştatında hava sərhədini pozaraq Amerika sərhədçilərini atəşə tutub.

ANS PRESS-in məlumatına görə, daha sonra vertolyot geri Meksikaya tərəf uçub.

"Hadisə səhər tezdən olub. Vertolyot ABŞ ərazisinə uçaraq San Miguel Gate yaxınlığında sərhəd mühafizəsinin iki əməkdaşını atəşə tutub", - deyə Art del Cueto sərhəd mühafizəsinin nümayəndəsi bildirib.

Hadisə nəticəsində heç kim zərər çəkməyib. Meksika hakimiyyəti baş vermiş hadisəyə görə üzr istəyib və araşdırma aparmaqa söz verib.

Qeyd edək ki, belə hadisə ABŞ və Meksika sərhədində ilk dəfə deyil. Meksika sərhəd əməkdaşları sərhədi daim keçirlər. ABŞ Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, keçən yarım il ərzində 500 dəfə belə hadisə qeydə alınıb. 131 Meksika sərhədçisi Amerika həmkarları tərəfindən saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm