Barrozunun yerinə Yunker (VİDEO)
Bizi izləyin

Dünya

Barrozunun yerinə Yunker (VİDEO)

Ukrayna, Moldova və Gürcüstanın assosiativ saziş imzaladığı Avropa Birliyinə üzv olan dövlətlərin liderləri Avropa Komissiyasının prezidenti postuna Lüksemburqun sabiq baş naziri Jan Klod Yunkeri təyin edib.

Joze Manuel Barrozunun yerini tutacaq siyasətçinin təyinatının təsdiq olunması üçün iyulun 16-da Avropa Parlamentində səsvermə keçiriləcək.

ANS TV-nin Euronews-a istinadən məlumatına görə, Avropa liderlərindən 26-ı məhz onun bu vəzifəyə gətirilməsini dəstəkləyib, yalnız Britaniya baş naziri Kemeron və Macarıstanın baş naziri Orban onun əleyhinə səs verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm