Vatikanın səfiri uşaqbaz çıxdı - 18 +
Bizi izləyin

Dünya

Vatikanın səfiri uşaqbaz çıxdı - 18 +

Vatikanın Dominikan Respublikasında keçmiş səfiri Cozef Vesolovski uşaqlar üzərində zorakılıq etdiyi üçün Roma Katolik Kilsəsinin tribunalı tərəfindən ittiham edilib və tituldan məhrum olunub.


Məlumata görə, Polşa mənşəli keçmiş səfir Vesolovski şəhər-dövlətin vətəndaşı olduğundan onun barəsində işə həmçinin Vatikanın kriminal tribunalı baxacaq.

Qərb mətbuatının xəbərlərində Vesolovskinin Dominikan Respublikasında yeniyetmə oğlanlara qarşı zorakılığ etdiyi barədə xəbərlər yayıldıqdan sonra o, səfir vəzifəsindən geri çağırılıb. Vesolovski bu vaxta qədər Santa-Dominqoda beş ildən çox işləyib.


Roma papası Fransısk katolik kilsələrini keşişlər arasında pedofiliyanın məhv edilməsi və bütün günahkarların cəzalandırılmasına çağırıb (ANS).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm