Erməni nazirin oğlu İrandan narkotik gətirərkən tutulub
Bizi izləyin

Dünya

Erməni nazirin oğlu İrandan narkotik gətirərkən tutulub

Sovet dövrünün tanınmış idmançısı, indi isə Ermənistanın idman və gənclər naziri Yuri Vardanyanın oğlu David Vardanyan narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur.

Sovet dövrünün tanınmış idmançısı, indi isə Ermənistanın idman və gənclər naziri Yuri Vardanyanın oğlu David Vardanyan narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur.

David Vardanyanın işi üzrə toplanmış materiallar artıq məhkəməyə təqdim olunub.

İttiham aktına görə, nazir oğlu 2013-cü il, oktyabrın 4-12-si aralığında İranda olarkən orada 106 qram həşiş alıb. David Vardanyan həmin narkotikin bir hissəsini sellofan torbacıqlara bükərək udub, qalanını isə çantasında gizlədib. Nazir oğlu oktyabrın 12-də İrandan Ermənistana qayıdarkən yaxalanıb. Onun işi üzrə məhkəmənin ilk iclası fevralın 1-nə təyin edilib.

Yada salaq ki, David Vardanyana qarşı ötən il oktyabrın 15-də rəsmi ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib. Onun işi Ermənistan Baş Prokurorluğunun Baş İstintaq İdarəsinin xüsusi ağır cinayətlər üzrə şöbəsində araşdırılır. Nazir oğlu ictimai müdafiəçilərin xidmətlərindən imtina edib. /Virtualaz.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm