Abdullah Güldən vida ismarıcı
Bizi izləyin

Dünya

Abdullah Güldən vida ismarıcı

Türkiyənin 10-cu prezidenti Abdullah Gül ötən gün “Çankaya” igamətgahında rəsmi tədbir zamanı “vida” ismarışı verib.

ANS PRESS-in xəbərinə görə, Abdullah Gül ötən gün Mali səfirinin etimad məktubunu qəbul edib. Məlumata görə, ölkə prezidenti Mali səfirini gözləyərkən kameralar tərəfə dönüb və, “Bu bizim son qəbullarımızdır, bilirsiniz”, – deyib. Tədbirdən sonra jurnalistlərin suallarına cavab verməyən Gül prezident administrasiyasının baş müşaviri Əhməd Sevər tərəfə dönərək, “Bunlar bizim son qəbullarımız, deyilmi?” – deyib.

Abdullah Gülün iki dəfə eyni sözü deməsi maraqla qarşılanıb və vida ismarışı kimi qəbul olunub.

Abdullah Gülün prezidentlik müddəti bu il avqustun 28-də başa çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm