Barak Obamadan müsəlmanlara Ramazan təbriki
Bizi izləyin

Dünya

Barak Obamadan müsəlmanlara Ramazan təbriki

ABŞ prezidenti Barak Obama Ramazan ayının başlaması münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edib.

Publika az-ın TRThaber-ə istinadən verdiyi xəbərə görə, o, təbrik mesajında “Mişel və mən Amerika xalqı adından ABŞ və bütün dünya müəslmanlarına ən xoş arzularımızı çatdırırıq” – deyə, vurğulayıb.

Obama Ramazanın oruc tutaraq və dua edərək, özünü Tanrıya həsr etmək və dərin düşüncəyə dalmaq üçün mühüm bir zaman hissəsi olduğunu vurğulayıb. Birləşmiş Ştatların dövlət başçısı bildirib ki, Ramazan həm də dünyadakı müsəlmanların yoxsulluq və iqtisadi bərabərsizliklə mübarizə ayıdır: “Bu ay ərzində köməyə ehtiyacı olanlara öz mərhəmətlərini, yardımlarını əsirgəmirlər”.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm