PA-dan Gülən xəbərinə reaksiya
Bizi izləyin

Dünya

PA-dan Gülən xəbərinə reaksiya

Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti “20 general və 20 admiral hədəfdə - Gülənə qarşı daha bir əməliyyat” başlıqlı xəbərə sərt reaksiya göstərib.

Publika.az xəbər verir ki, Prezident Administrasiyası mətbuat xidməti Türkiyə Silahlı Qüvvələri (TSQ) personalına gülənçilərin olmasına dair iddialarla bağlı prezident Gülün dərin məyusluq keçirdiyini bildirib.

Mətbuat xidməti həmçinin TSQ-nın yüksək rütbəli zabitləri haqqında gedən xəbərləri Gülün böyük məsuliyyətsizlik kimi dəyərləndirdiyini qeyd edib: “Cənab prezidentimiz bölgəmizdə fövqəladə halların yaşandığı vaxtda milli mənfəətimizin zəmanəti olan TSQ ilə əlaqədar materiallarda həmişəkindən daha çox diqqət göstərilməsini tövsiyə edir”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm