BMT təsdiqlədi: Silahlar İrana məxsusdur
Bizi izləyin

Dünya

BMT təsdiqlədi: Silahlar İrana məxsusdur

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri İranı silah tədarükünə tətbiq olunan embarqonun pozulmasında ittiham edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, BMT-nin ekspertlər qrupu İsrail tərəfindən saxlanılan gəmidəki silahların İrana aid olduğunu təsdiqləyib.

Xatırladaq ki, Panama bayrağı altında üzən gəmi bu ilin mart ayında İsrail hərbi-dəniz qüvvələri tərəfindən Qırmızı dənizin cənub hissəsində saxlanılmışdı. İsrailin baş naziri Binyamin Netanyahu silah daşıyan gəmi ilə bağlı kəşfiyyat məlumatları əldə etdikdən sonra hərbi-dəniz qüvvələrinə belə bir əmr verdiyini bildirmişdi.

Gəminin göyərtəsində onlarla M-302 raketi və 181 ədəd minaatan raketi aşkarlanıb. M-302 raketləri təxminən 200 kilometr hərəkət radiusuna malikdir. İsrail hərbçiləri iddia edirlər, silah İrana aid idi və Qəzzadakı silahlı qruplaşmalar üçün nəzərdə tutulmuşdu.

BMT-nin ekspertlər qrupunun gəldiyi qənaətə görə, gəmidəki silahların İrana məxsus olduğu sübut edilib. Ekspertlərin məlumatına görə, İran nəqliyyat fakturası, yüklərin siyahısı və yükün yerləşdirilməsi plan da bunu sübut edir.

Ekspertlərin məlumatına görə, gəmi Sudana yollanmalı idi. Bildirilir ki, Sudan bu cür yüklərin yükboşaltma məntəqəsi rolunda tez-tez çıxış edir. İran silahlarının buradan Afrikanın digər regionlarına, o cümlədən Qəzzaya yola salındığı deyilir.

İranın xarici işlər naziri Cavad Zərif isə İsraili gəminin saxlanılması ilə bağlı işi saxtalaşdırmaqda ittiham etmişdi. Onun sözlərinə görə, gəminin İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri zamanı saxlanılması şübhəlidir. Nazirin fikrincə, gəmi ilə bağlı tarixçə uydurmadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm