Moskva Kişnyova qarşı “xüsusi əməliyyat”a başladı
Bizi izləyin

Dünya

Moskva Kişnyova qarşı “xüsusi əməliyyat”a başladı

"Moldova respublikası yox olacaq": Qaqauzii-də Avropa Birliyiylə assosiasiyaya qarşı mitinq keçdi

Qaqauziya Muxtar Respublikasının paytaxtı Komrat şəhərində Moldovanın Avropa Birliyi ilə imzaladığı assosiativ sazişə qarşı mitinq keçirilib.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, mitinqi Qaqauziya Sosialist Partiyası təşkil edib.

Mitinqdə iştirak edən təxminən 100-ə qədər insan “Biz Gömrük şurası üçün” yazılmış plakatlar qaldırıblar. “Moldova hakimiyyətinin bir hədəfi var: Ölkəni siyasi və sosial komaya qədər çatdırmaq. Assosiasiya haqqında razılaşmadan sonra ölkə böyük iqtisadi problemlərlə qarşılaşacaq. Biz buraya Avropa İttifaqına qarşı olduğumuzu bildirmək üçün çıxmışıq”, - partiya sədri İqor Kroytor deyib.

Onun sözlərinə görə, Moldovanın assosiasiya haqqında sazişi imzalaması Avropaya kor yürüşdür: “Bu Moldova Respublikasının yox olması ilə nəticələnəcək. Hamımız anlayırıq ki, Dnestryanı Avropa Birliyinə getməyəcək. Moldova yalnız Gömrük Şurası ilə sağ qala biləcək”.

Xatırladaq ki, muxtar respublika 2 fevralda referendum keçirib. Nəticələrə əsasən, əhalinin 98,47 faizi ölkənin Gömrük Şurasına üzvlüyünə tərəfdar çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm