Terrorçulara daha 3 gün vaxt verildi
Bizi izləyin

Dünya

Terrorçulara daha 3 gün vaxt verildi

Ukrayna prezidenti Pyotr Poroşenko atəşkəs rejiminin müddətinin 30 iyun saat 22:00-ə qədər uzadılması barədə göstəriş verib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin xəbərində deyilir.

Qərarın reallaşdırılması mexanizmi Ali Rada sədri Aleksandr Turçinov, müdafiə nazirinin vəzifələrini icra edən Mixail Koval, daxili işlər naziri Arsen Avakov, Milli Qvardiya komandanı Semyon Poltorak və Dövlət Sərhəd Xidmətinin sədri Nikolay Litvinin iştirakı ilə keçirilən təhlükəsizlik iclasında müzakirə edilib.

“Atəşkəs rejiminə riayət edilməməsi halında Ukrayna rejimin vaxtından əvvəl dayandırması hüququnu özündə saxlayır”, - xəbərdə deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm