Polisi alçaldan milyonçu yüksək rütbəli zabitin oğlu imiş – Özəl
Bizi izləyin

Dünya

Polisi alçaldan milyonçu yüksək rütbəli zabitin oğlu imiş – Özəl

Bakıda yol hərəkəti qaydasını pozmasına rəğmən, polis işçisini təhqir edən avtomobil sahibinin kimliyi və avtomobilin nömrəsi bəlli olub.

Axar.az-ın əldə etdiyi məlumata görə, iyunun 25-də saat 12 radələrində 28 may küçəsində yol polisi əməkdaşına 20 qəpik verməklə, onu ələ salan göy rəngli "Rols Roys" markalı avtomobilin sahibi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini işləmiş, hazırda istefada olan və Birləşmiş Ərəb Əmirliyində həbs olunması barədə iki dəfə xəbər yayılan Cavadağa Sultanovun oğludur. Xəbərdə bildirilir ki, sözügedən “Rols Roys”ın sahibi həm də keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin kürəkənidir.

Avtomobilin seriya nömrəsi isə 100 deyil, 400-dür.

Hadisə necə olub?

İyunun 25-də, saat 12 radələrində 28 may küçəsində dövlət nömrə nişanının seriyası 400 olan “Rols-Roys” sürücüsü dayanma-durma qaydalarını pozaraq nəqliyyat vasitəsini aerokassalar olan tərəfdə, Səməd Vurğun bağının kənarında saxlayıb. Hadisə şahidləri bu barədə Avtosfer.az saytına məlumat veriblər.

10 YP 318 dövlət nömrə nişanlı yol-patrul xidməti maşını həmin əraziyə yaxınlaşıb. Yol polisi sürücüdən sənədlərini təqdim etməsini istəyib. Kobudluqla üzləşən polis daha sonra sürücünün “deyəsən, şirinlik istəyirsən” deyə, novbəti təhqiri ilə üzləşib: sürücü yol polisinə 20 qəpik uzatmaqla onu lağ obyektinə çevirib.

Xatırladaq ki, 2005-ci ildə polis sıralarından xaric edilən Cavadağa Sultanov qanqster Hacı Məmmədovun məhkəmədə dediyi bu ifadə ilə məşhurdur:

“Əgər nə vaxtsa Cavadağa Sultanovun məhkəməsi olsa, o, bundan da səs-küylü olacaq. Mən imkanlı adamların pulunu almışam, ancaq Cavadağanın soyduğu adamlar ya qəbiristanlıqdadır, ya da kirayə qalır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm