Terrorçular Ukraynada 5 hərbçini yaralayıb
Bizi izləyin

Dünya

Terrorçular Ukraynada 5 hərbçini yaralayıb

Ukraynada sutka ərzində separatçılar antiterror qüvvələrinin mövqelərini 5 dəfə atəşə tutublar. Publika.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, hərbçilər Slavyansk, Çervonopartizansk, Dmitrovka, Kramatorsk yaxınlığında terrorçuların hücumuna məruz qalıb.

Bunu bu gün keçirilən brifinqdə Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin rəhbəri Andrey Lısenko bildirib. Onun sözlərinə görə, hökumət qüvvələri adekvat cavab tədbirləri ilə separatçıları geri çəkilməyə vadar ediblər.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm