İraqda türkmənlərin evləri qarət edildi
Bizi izləyin

Dünya

İraqda türkmənlərin evləri qarət edildi

İraqda İŞİD-lə yaşanan qarşıdurmalar səbəbindən yurdlarını tərk etməyə məcbur olan minlərlə türkmənin evi qarət olunub. Publika.az-ın TRThaber-ə istinadən verdiyi məlumata görə, bunu türkmən müqavimət hərəkatının fəalı Murtəda Musa bildirib.

O, qeyd edib ki, Telaferdən qaçmaq məcburiyyətində qalan türkmənlərin evləri bir həftə əvvəl qarət edilməyə başlayıb: “Onlarla yük maşını dolusu ev əşyasının əl-Beac bölgəsinə doğru aparıldığını müşahidə etdik".

Murtəda Musa xatırladıb ki, məzhəb ayrı-seçkiliyi aparan İŞİD evlərinə dönmək istəyən türkmənlərdən yalnız sünni olanların qayıtmasına icazə verib: "Bu səbəbdən yalnız şiə türkmənlərin evləri sahibsiz və qarətə məruz qalıb".

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm