Dünya
ABŞ ermənilərə yardımı dayandırdı
ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin yaydığı məlumatda bildirilir ki, komitə 2015-ci il üçün nəzərdə tutulan büdcəsinə dair dəyərləndirmə keçirib, dövlət və xarici əməliyyatlar təxsisatları qanununu təsdiq edib.
Publika.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dəyərləndirmə zamanı bildirilib ki, 2015-ci il üçün nəzərdə tutulan xarici yardım 48,3 milyard dollar təşkil edəcək. Bu, 2014-cü ildəkindən 708 milyon dollar və ya ABŞ Prezidentinin 2015-ci il üçün tələb etdiyi məbləğdən 277 milyon dollar azdır.
Azərbaycan üçün müsbət məqam ondan ibarətdir ki, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin qanun layihəsinin mətnində əvvəlki illərdə qeyd olunmuş "Dağlıq Qarabağ münaqişəsi qurbanlarına yardım" ifadəsi 2015-ci il üçün nəzərdə tutulan qanun layihəsindən çıxarılıb.
Erməni lobbisi hər il ABŞ Konqresinin Təxsisatlar Komitəsinə Dağlıq Qarabağ regionuna 5 milyon dollar məbləğində yardımın ayrılmasını təklif edir. Lakin Azərbaycan tərəfinin səyləri nəticəsində erməni lobbisinin və ermənipərəst konqresmenlərin təklif etdiyi məbləğ qəbul edilməyib. Həmçinin, 2014-cü ilə qədər istifadə olunmuş ifadə də aradan qaldırılıb.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək