Rusiyadan Ukraynaya kəskin etiraz
Bizi izləyin

Dünya

Rusiyadan Ukraynaya kəskin etiraz

Rusiyanın xarici işlər nazirliyi bu ölkənin sərhəd buraxılış məntəqələrinin Ukrayna hərbçiləri tərəfindən növbəti dəfə atəşə tutulması ilə bağlı qarşı tərəfə qəti etirazını bildirib.

Publika.az-ın russian.rt.com-a istinadən verdiyi məlumata görə, bu, rəsmi Moskva tərəfindən büynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozan hərbi təxribat kimi dəyərləndirilib. Belə ki, bu gün Rusiyanın Rostov vilayətindəki 2 sərhəd kəndinə və sərhəd buraxılış məntəqəsinə Ukrayna ərazisindən atəş açılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, hadisə nəticəsində yaralanan, xəsarət alan olmayıb: “Rusiya tərəfi Ukraynadan bu kimi təxribatlara son qoymağı, baş vermiş hadisənin ciddi təhqiqatının aparılmasını və günahkarların ciddi cəzalandırılmasını tələb edir. Narahatlıq yaradan odur ki, atəş açılan zaman orada bu ölkədən olan qaçqınlar, Ukrayna vətəndaşları cəmləşmişdilər. Sırf xoşbəxt təsadüf nəticəsində heç kəs xəsarət almayıb”.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm