Şiddətli döyüşlər gedir: Ukrayna ordusu itki verib
Bizi izləyin

Dünya

Şiddətli döyüşlər gedir: Ukrayna ordusu itki verib

Ukrayna prezidenti Pyotr Poroşenkonun 30 iyun saat 20:00-a qədər uzatdığı atəşkəs rejimi terrorçular tərəfindən yenə də pozulub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, terrorçular hazırda antiterror güclərinin Slavyansk rayonu yaxınlığındakı blokpostu atəş altında saxlayır.

Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində blokpostun minaatanlardan atəşə turulduğunu yazıb. Hərbi ekspert antiterror gücləri arasında itkilərin olduğunu qeyd edib. O, 2 hərbi qulluqçunun öldüyünü, 2-nin isə yaralandığını bildirib.

“Donbass” batalyonunun komandiri Semyon Semençenko isə “facebook” səhifəsində yazıb ki, terrorçular yenə nə onlarla razılaşmağın mümkün olmadığını göstərdilər.

“Bizim blokpostlarımıza atəş davam edir. Təcili olaraq hərbi vəziyyətin tətbiq edilməsini tələb edirik. Ölkənin xeyri üçün bunu yuxarıdan daxil etmək lazımdır”, - Semyon Semençenko qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm