Sudanda qanlı toqquşma: 13 ölü
Bizi izləyin

Dünya

Sudanda qanlı toqquşma: 13 ölü

Sudanın Şimal Darfur əyalətində ordu ilə Ədalət üçün Sudan Qurtuluş Hərəkatı döyüşçüləri arasında yaranan qarşıdurmada 13 qiyamçı həlak olub.

Publika.az-ın TRThaber-ə istinadən verdiyi məlumata görə, hökumət qüvvələri müxalif yaraqlıların hücumunu dəf edərək, onları ciddi itkilərə uğradıb.

Şimali Darfurun qubernatoru Osman Yusif Kəbir Sudan ordusunun hərəkata bağlı döyüşçülərin Şimali Sudanın əl-Qübbə bölgəsinə basqınının qarşısını müvəffəqiyyətlə aldığını söyləyib. Yaranan silahlı toqquşma zamanı qiyamçıların lideri Əli Kərubi də öldürülüb.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm