Parisdə azlıqların paradı - 18+
Bizi izləyin

Dünya

Parisdə azlıqların paradı - 18+

Fransanın paytaxtında cinsi azlıqların paradı keçirilib. Publika.az-ın məlumatına görə, təxminən, 90 dərnək və vətəndaş cəmiyyəti təşkilatlarının dəstək verdiyi nümayişin ardından Republika meydanında konsert təşkil edilib.

Parisin yeni sosialist bələdiyyə başçısı Ana Hidalgo da nümayişə qatılan siyasətçilər arasında olub. Nümayişə qatılan azlıqlar hüquqlarının pozulmasına, ictimai qınağa, cəmiyyətdə ayrı-seçkiliyə və təzyiqlərə məruz qalmalarına etiraz ediblər.

İctimai sorğuların nəticələrinə görə, Fransa parlamenti eyni cinsdən olanların evlənməsinə icazə verən qanunu qəbul etdikdən sonra azlıqlara olan təzyiqlərin sayı 2 dəfədən çox artıb.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm