Bərzani Türkiyəyə müraciət etdi
Bizi izləyin

Dünya

Bərzani Türkiyəyə müraciət etdi

İraq və Şam İslam Dövləti neft və qaz yataqları ilə zəngin olan Beyci şəhərini ələ keçirəndən sonra Şimali İraq Kürdistan muxtariyyəti Türkiyədən neft məhsullarının ixracını 50% artırmağa qərar verib..

Publika.az-ın məlumatına görə, Şimali İraq Kürdistan muxtariyyətinin rəhbəri Məsud Bərzani Türkiyədən 9 min ton mühərrik yağı, benzin və müxtəlif neft məhsulları almaq istədiyini bəyan edib. Onun sözlərinə görə, Beyci şəhəri geri qaytarılmazsa, əlavə 4 min ton da müxtəlif neft məhsulları alınacaq.

Türkiyə hökuməti isə bildirib ki, təcili ehtiyac duyularsa, rəsmi Ankara Şimali İraq Kürdistan muxtariyyətinə neft və neft məhsulları göndərməyə hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm