Tikritdə məhv edilən İŞİD terrorçularının videosu yayıldı - 18+
Bizi izləyin

Dünya

Tikritdə məhv edilən İŞİD terrorçularının videosu yayıldı - 18+

İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, hazırda İraq ordusu Tikritin azad edilməsi üçün bir neçə cəbhədən əməliyyatlara start verib.

Tikritin bir neçə əhəmiyyətli nöqtəsi terrorçulardan təmizlənib.

İraq ordusu Tikritdə həbs və məhv edilən terrorçuların video kadrlarını yayıb.

PressTV isə İŞİD-in bir neçə dəfə Beycidə neftayırma zavodunu ələ keçirməsinin uğursuz olduğunu bildirir.

Telekanala açıqlama verən ordu rəsmisi terrorçuların hücumu zamanı onlarla terrorçunun məhv edildiyini deyib.

Bir çox ərəb mediası İraqın desant qüvvələrinin Tikritə qarşı dəhşətli bir hücum hazırladığını iki gün əvvəl bildirmişdi.

Əməliyyatın isə dünən günortadan sonra başladığı qeyd edilir.

Qeyd edək ki, İraq ordusu son günlər İŞİD-ə qarşı amansız hücumlara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm