İsraildən Fələstinə Ramazan hücumu
Bizi izləyin

Dünya

İsraildən Fələstinə Ramazan hücumu

İsrail aviasiyası ötən gecə Qəzza sektorundakı 12 ünvana - silahlıların mövqelərinə zərbələr endirib.

Publika.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, hava zərbələri nəticəsində iki fələstinli yüngül yaralanıb.

Bundan əvvəl Fələstin silahlıları İsrailin cənub rayonlarını atəşə tutmuşdu.

İsraillə Qəzza sektoru sərhədində vəziyyət 3 israilli gəncin itkin düşməsindən sonra gərginləşməyə başlayıb. İsrail gənclərin itkin düşməsində HAMAS qruplaşmasını ittiham edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm