Əfqanıstanda qanlı qarşıdurma: 11 ölü, 3 yaralı
Bizi izləyin

Dünya

Əfqanıstanda qanlı qarşıdurma: 11 ölü, 3 yaralı

Əfqanıstanda Faryab vilayətinin Peştunkot mahalında polislərlə talibançlar arasında yaranan son qarşıdurmada 11 nəfər həlak olub.

Publika.az-ın TRThaber-ə istinadən verdiyi məlumata görə, onlardan 2-si polis, 9 Taliban döyüşçüsüdür. Baş verən qanlı toqquşma nəticəsində daha 3 talibançı yaralanıb, 4-ü isə polis tərəfindən yaxalanıb.

Qeyd edək ki, əsasən, ucqar dağlıq ərazilərdə sığınacaq tapmış talibançılar havaların istiləşməsi ilə yenidən fəallaşıblar. Son bir həftə ərzində bu terrorçu qruplaşmanın hücumları nəticəsində onlarla insan həlak olub, yüzlərlə şəxs isə yaralanıb.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm