"Ukrayna ordusunda qiyam gözlənilir"
Bizi izləyin

Dünya

"Ukrayna ordusunda qiyam gözlənilir"

Silahlı qüvvələr rəhbərliyinin dəyişdirilməsi, döyüş təcrübəsi olan hərbçilərin orduya cəlb edilməsi, Ukrayna, Avropa Birliyi və Rusiya arasında ən yüksək səviyyədə danışıqların aparılması Ukraynadakı hadisələri xilas edə bilər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Xarici kəşfiyyat qüvvələrinin keçmiş rəhbəri general Nikolay Malomuj çıxış edib.

O, anti-terror əməliyyatlarının nəticəsindən narazılığını bildirib:

“Ukraynada, demək olar ki, üç aydır anti-terror əməliyyatı həyata keçirilir. Lakin əvvəlki kimi silahlı qüvvələrin dəqiq koordinasiyası, dəqiq əmri, döyüşçülərin normal təchizatı mövcud deyil. ATO zonasında yerləşən 40% döyüşçülər bronjilet, ərzaq, dəbilqə və ilkin tibbi yardımla təmin edilməmişdir. Bütün bunlar orduda qiyamla nəticələnə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm