ABŞ-a qarşı kosmik ittifaq yaradılır
Bizi izləyin

Dünya

ABŞ-a qarşı kosmik ittifaq yaradılır

Rusiya Çinlə birlikdə Ay və Marsın mənimsənilməsinə hazırdır.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin “EKSPO” birinci Rusiya-Çin sərgisində deyib.

“Əgər idarə edilən kosmonavtika və kosmosun mənimsənilməsindən danışırıqsa, bu işi Çinlə birlikdə həyata keçirməyə hazırıq. Söhbət hər şeydən əvvəl Ay və Marsdan kedir”, - D.Roqozin bildirib.

Baş nazirin müavini Rusiya raket-kosmik sahəsinə dərin islahatlar keçirdiyini, texnologiya inkişafında geri qalmamağa çalışdığını dilə gətirib.

Xatırladaq ki, bu ilin may ayında Rusiyanın “Ekspress-AM4R” ən güclü rabitə peyki fəzaya buraxıldıqdan bir neçə dəqiqə sonra məlum olmayan səbəbdən “Proton-M” daşıyıcı raketdən ayrılaraq yerə düşüb. Raketin düşməsi nəticəsində itirilən “Ekspress-AM4R” peyki Rusiyanın indiyədək istehsal etdiyi ən güclü rabitə peyklərindən biri olub.

Ukraynadakı hadisələrdən sonra ABŞ-ın Rusiya ilə kosmik sahədə əməkdaşlığı məhdudlaşdırması Moskvanı üzünü Pekinə çevirməyə məcbur edib. Rusiya Çinlə qlobal naviqasiya peyk sistemləri üzrə əməkdaşlıq barədə memorandumu imzalayıb.

D.Roqozin qeyd edib ki, Rusiyanın QLONASS və Çinin “Beydou” naviqasiya sistemlərinin əməkdaşlığının çox yaxşı nəticələri olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm