• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ukraynada döyüşlər şiddətli xarakter alıb – Video

  • Dünya
  • 30 İyun 2014 11:41
  • 863 Baxış
Ukraynada döyüşlər şiddətli xarakter alıb – Video

Ukrayna prezidenti Pyotr Poroşenkonun ölkənin şərqində atəşkəs rejiminin müddətinin daha 3 gün uzatmasına baxmayaraq, terrorçular hücumlarını davam etdirir.

Publika.az-ın verdiyi xəbərə görə, Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk antiterror güçlərinin Karaçun dağındakı mövqelərinin terrorçuların atəşinə məruz qaldığını bildirib.

“Ötən gecə ərzində terrorçular antiterror güclərinin mövqelərinə fasiləsiz atəş açıblar. Luqansk vilayətinin Kremennaya şəhəri yaxınlığındakı blokpost atəşə tutulub. Hərbi qulluqçular hücumu dəf ediblər”, - ekspert bildirdi.

Hərbi ekspert həmçinin antiterror güclərinin Slavyansk və Avdeyevka yaxınlığındakı blokpostlara hücum edildiyini qeyd edib.

Antiterror güclərinin mətbuat xidmətinin məlumatında isə Kramatorsk aerodromu və Makarov qəsəbəsi yaxınlığındakı blokpostun atəşə tutulduğu deyilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR