• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ukraynada kilsə gülləbaran edildi

  • Dünya
  • 30 İyun 2014 11:40
  • 270 Baxış
Ukraynada kilsə gülləbaran edildi

Ukraynanın Slavyansk şəhərində hökumət qüvvələri “Aleksandr-Nevskiy” provaslav kilsəsində ayinə gələn şəxslərə güllə atıb.

AzNews.az-ın məlumatına görə, Rusiya mediası xəbər verir ki, kilsənin baş keşişi Nikolay Fomenko hadisənin yerli vaxtla 10:00 radələrində baş verdiyini bildirib: “Atəş hərbçilərin nəzarət etdiyi Karaçun dağından açılıb. Mərmilərdən biri kilsənin bir neçə metr yaxınlığında olan çörək köşkünə düşüb. Köşk dağılıb. Satıcı köşkdən qaçdığından ona heç nə olmayıb”.

Fomenko qeyd edib ki, atəş zamanı kilsədə minə yaxın adam dini ayin yerinə yetirirmiş: “Həmin vaxt həyətdə humanitar yardım gözləyən çoxlu sayda insan olub. Hadisə zamanı onlar dərhal kilsəyə sığınıblar”.


Keşişin sözlərinə görə, partlayış dalğasından kilsənin bir neçə şüşəsi qırılıb. Xəsarət alan isə olmayıb.


O əlavə edib ki, iyunun 19-da da analoji hadisə baş vermişdi. Lakin həmin vaxt kilsənin mühafizəçisi yaralanmışdı.

Xatırladaq ki, bu provaslav kilsə Moskva Patriarxatına tabedir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR