Ukraynada rusiyalı jurnalist ölüdürülüb - VİDEO
Bizi izləyin

Dünya

Ukraynada rusiyalı jurnalist ölüdürülüb - VİDEO

Rusiyanın “Birinci kanalı” operatorunun Ukraynanın Donetsk vilayətində öldüyünü təsdiqləyib.

Publika.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 68 yaşlı Anatoli Klyanın qarın nahiyəsindən adlığı güllə yarası nəticəsində ölüb.

“Bizim həmkarımız Donetskdə bu gecə həlak olub. Faciə hərbi hissələrdən birinin yaxınlığında baş verib. Çəkiliş qrupu növbəti reportajı hazırlamağa gedirdi. Hərbçilər tərəfindən gözlənilmədən atəş açıldı”, - telekanalın xəbərində deyilir.

Məlumatı antiterror əməliyyatının keçirildiyi ərazidə fəaliyyət göstərən Rusiyanın “LifeNews” telekanalının müxbirləri də təsdiqləyib. Onların sözlərinə görə, A.Klyan və digər jurnalistlərin olduğu avtobus atəşə tutulub.

Məlumata görə, Ukrayanın ordusunun nəzarəti altında olan hərbi hissəyə səfər “Donetsk Xalq Respublikası”nın mətbuat xidməti tərəfindən təşkil edilmişdi.

“Atəşin başlanmasından sonra jurnalistlər avtobusdan enməyi və təxminən 500 metr uzaqlaşmağı bacardılar. Klyan məhz həmin vaxt yaralandı. Həmkarları ona ilk yardım göstərməsinə və yaxınlıqdakı tibb məntəqəsinə çatdırmalarına baxmayaraq, operatorun həyatını xilas etmək mümkün olmayıb”, - “Birinci kanalı”n xəbərində bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm