3 yaşlı qızı həbs etmək istədilər
Bizi izləyin

Dünya

3 yaşlı qızı həbs etmək istədilər

Hindistan polisləri Quddi adlı azyaşlı qıza cinayət işi açmaq qərarına gəliblər.


ANS PRESS-in məlumatına görə, qızcığaz silahlı qarətdə ittiham olunur. Quddinin cəmi 3 yaşının olması hüquq-mühafizə orqanlarını maraqlandırmır. Onun haqqında donos yazanlar qisasçı qonşulardı.


Canki şəhərinin polisləri evə soxulan zaman qız valideynləri ilə olub. Qanun keçikçiləri Quddini dindirmək və həbsxanaya salmaq istəyiblər. 3 yaşlı qızın həmyerlisi onu quldur hücumunda ittiham edib və hadisənin bir il əvvəl baş verdiyini bildirib. Yəni Quddi hələ 2 yaşındaykən silahlı basqın edib.


Quddinin ailəsi polislərə baş verənlərin yanlış olduğunu anlatmaq istəsələr də, onlar qətiyyətlə balaca qarətçini tələb ediblər. Polislər sonda valideynlərin onlara göstərdikləri bapbalaca qızı gördükdə fikirlərindən daşınıblar və gözdən itiblər.


Vəziyyət isə belədir; Hindistan prokurorluğu Quddinin həbsi ilə bağlı qərar çıxarıb. Polislər məhz həbs orderi ilə onların evinə gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm