İŞİD yenə Türkiyə sərhədinə bayraq asdı – Video
Bizi izləyin

Dünya

İŞİD yenə Türkiyə sərhədinə bayraq asdı – Video

Suriyanın Təlabyad qəsəbəsini nəzarətdə saxlayan İŞİD terror təşkilatı bir daha Türkiyə sərhədinə yaxın bölgəyə bayraq asıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfa şəhərinin Axçaqala qəsəbəsi ilə sərhəd olan Suriyanın Təlabyad bölgəsi hazırda İŞİD (İraq Şam İslam Dövləti) yaraqlılarının nəzarətindədir. Radikal islamçı təşkilat yenə Türkiyə sərhədinə öz bayraqlarını asıb.

Xatırladaq ki, İŞİD yaraqlıları Təlabyadı işğal etdikdən sonra Türkiyə sərhədinə öz bayraqlarını asmışdı. Lakin sonradan onu endirməli olmuşdular. Dünən axşam terrorçular həmin yerdə bayraqlarını təkrarən qaldırıblar.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm