ABŞ peşman oldu: Rusiyadan asılılıq daha altı il davam edəcək
Bizi izləyin

Dünya

ABŞ peşman oldu: Rusiyadan asılılıq daha altı il davam edəcək

ABŞ Rusiya istehsalı olan raket mühərriklərinin alışını azaltmaq fikrindən daşınıb.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib.

Onun sözlərinə görə, ABŞ, əksinə, Rusiyadan daha çox raket mühərriki almağa hazırdır. D.Roqozin daha əvvəl bildirmişdi ki, Rusiya ABŞ-ın sanksiyalarına cavab olaraq Rusiya “RD-180” və “K-33” raket mühərriklərinin ABŞ-a satışını dayandıra bilər.

“Amerikalılar bizdən “K-33” və “RD-180” raket mühərriklərini alırlar. Onlar hazırda Rusiyadan daha çox raket mühərriki almağa hazırdır”, - D.Roqozin deyib.

Xatırladaq ki, Ukrayna hadisələrindən sonra ABŞ Rusiya ilə hərbi əməkdaşlığın dayandırılacağı barədə bəyanatlar verdi. ABŞ müdafiə naziri Çak Hegel ABŞ Hərbi Hava güclərinin rəhbərliyinə hərbi-texniki sferada Rusiya ilə əməkdaşlığın yenidən gözdən keçirilməsi və raket mühərriklərinin ixracının azaldılması barədə əmr vermişdi.

“Bloomberg” agentliyinin məlumatına görə, Rusiyanın “RD-180” raket mühərriklərinin əvəz olunması üzərində iş gedir. Amma bunun üçün 1,5 milyard dolların lazım olduğu və prosesin altı il çəkəcəyi bildirilir.

Heç kimə sirr deyil ki, amerikan peyk-casusları və məxfi kosmik qurğuları orbitdə Rusiya raket mühərriklərinin köməyilə fəaliyyət göstərir. Bu barədə yazan “The Washington Post” qəzetinin müxbiri Coel Akenbak bildirir ki, müdafiə müəssisələrinin məmurları və aerokosmik sahəyə aid mütəxəssislər ABŞ-ın artıq çoxdan raket mühərriklərinin hazırlanması üçün istehsal bazası yaratmalı olduğunu təsdiqləyir: “Bu baza Rusiya bazasından geri qalmamalıdır. Nəzəri baxımdan hər şey sadədir: Nəyə görə ABŞ ölkənin milli təhlükəsizliyi ilə bağlı proqram məsələsində ruslardan asılı olmalıdır? ABŞ-da raket mühərriklərinin istehsalı bir neçə ilə başa gələ bilər”.

Amerikada “Atlas V” raketlərinin 38 buraxılışı planlaşdırılıb. Onlar Rusiya istehsalı olan qatı mühərriklər – “РД-180”lə təchiz olunmalıdır. Amma amerikanlarda cəmisi 16 bu cür mühərrik var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm