Ukraynada ikinci Çernobıl faciəsi - TƏHDİD
Bizi izləyin

Dünya

Ukraynada ikinci Çernobıl faciəsi - TƏHDİD

"Milli enerji sisteminin ətrafında cərəyan edən hadisələr dövlətimizin təhlükəsizlik səviyyəsinə mənfi təsir göstərir və onun fəaliyyəti göstərməsi, eləcə də vətəndaşların sağlamlığı və həyatı üçün təhlükə yaradır"

Ukraynadakı güc strukturlarına su elektrik stansiyalarının (SES) və atom müəssisələrinin ərazisində partlayışlarla bağlı təhdidlər barədə məlumat veriblər. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i bu ölkənin Təhlükəsizlik Xidmətinin (UTX) saytına istinadən xəbər verir.

Məlumatda deyilir: "Ekstremizm təzahürləri ilə yanaşı, nəticələri Ukrayna və qonşu ölkələrin əhalisi üçün son dərəcə ağır ola biləcək SES-lərin, eləcə də atom enerjisi obyektlərinin partladılacağı ilə bağlı anonim təhdidlər də çoxalıb".

Xidmət dəqiqləşdirib ki, "dövləti zəiflətmək məqsədi ilə mühüm xalq təsərrüfatı və ya müdafiə əhəmiyyətli obyektlərin ələ keçirilməsi, dağıdılması və ya onlara xələl dəyməsinə" görə təqsirli bilinənlər "təxribat" və "terror aktı" maddələri üzrə 15 ilədək azdlıqdan məhrum edilməklə cəzalandırılacaqlar: "Milli enerji sisteminin ətrafında cərəyan edən hadisələr dövlətimizin təhlükəsizlik səviyyəsinə mənfi təsir göstərir və onun fəaliyyəti göstərməsi, eləcə də vətəndaşların sağlamlığı və həyatı üçün təhlükə yaradır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm