Donetsk və Luqansk separatçılara kifayət etmir
Bizi izləyin

Dünya

Donetsk və Luqansk separatçılara kifayət etmir

“Donetsk və Luqansk vilayətlərində atəşkəs rejiminə baxmayaraq, vəziyyət əhəmiyyətli dərəcədə pisləşib”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Kiyevdə keçirdiyi brifinqdə Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya mərkəzinin mətbuat katibi Andrey Lısenko deyib.

Onun sözlərinə görə, terrorçular terror aksiyalarını ölkənin başqa regionlarına, xüsusən Xarkov vilayətinə keçirməyə cəhd edirlər.

A.Lısenko qeyd edib ki, terror qruplaşmalarının liderləri və Rusiya atəşkəs rejiminə riayət etmədiyinə görə Ukrayna hərbçilərini ittiham etməkdə davam edir. O, bu iddiaların əsassız olduğunu ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm