Ailəsi tərəfindən satılan 16 yaşlı qızı 63 yaşlı kişi zorladı
Bizi izləyin

Dünya

Ailəsi tərəfindən satılan 16 yaşlı qızı 63 yaşlı kişi zorladı

Ailəsi tərəfindən satılan 16 yaşlı suriyalı qızı Türkiyə polisi azad edib.


ANS PRESS-in məlumatına görə, 14 yaşında olarkən Suriyadan Türkiyəyə gətirilən N.H. burada işgəncələrə məruz qalıb. Azyaşlı qızı 6 min dollara ailəsindən alan 63 yaşlı kişi onu Türkiyədə qulluqçuluq edəcəyini bildirib. Kasıb ailə qızlarını pula görə verməyə razılaşıblar.


Gətirildiyi gündən qız cinsi təcavüzə məruz qalıb. Onu ilk öncə 63 yaşlı kişi və onun oğlanları növbə ilə zorlayıblar. Daha sonra qızı fahişəliyə məcbur ediblər.


İş o yerə çatıb ki, N.H. canından bezib və özünü öldürmək istəyib. Bundan xəbər tutan polis keçirdiyi əməliyyat nəticəsində qızı xilas edib. Qızı zorlayan 63 yaşlı A.K. və onun oğlanları həbs olunub.


Müayinə zamanı gənc qızın dəfələrlə zorlandığı və işgəncəyə məzur qaldığı məlum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm