“Rusiya ABŞ-ın Qarabağ siyasətinə şübhə ilə yanaşır, çünki…”
Bizi izləyin

Dünya

“Rusiya ABŞ-ın Qarabağ siyasətinə şübhə ilə yanaşır, çünki…”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Amerikanın səylərinə şübhə ilə yanaşır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni mətbuatına açıqlamasında Dövlət Dumasının keçmiş deputatı, Rusiya Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq və iqtisadçı Sergey Markov deyib.

Politoloq Avrasiya layihələrinə cəlb etmək üçün Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll ediləcəyi barədə iddiaları şərh edib. Onun sözlərinə görə, bu yalnız ümumi fərziyyələrdir: “Çünki hazırda Rusiya üçün Ermənistan və Azərbaycan arasındakı münaqişəni həll etmək çətindir. Yalnız ona görə deyil ki, Avrasiya inteqrasiya layihələrinə zərər vermək istəmir. Amma münaqişə bütün regionun təhlükəsizliyi üçün problemlər yaradır. İstənilən vaxt nəsə partlaya bilər. Bunun olmaması üçün isə münaqişəni daim diqqət mərkəzində saxlamaq lazımdır”.

Rusiyalı politoloq Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin Ermənistan üçün üstünlük olduğunu bildirir. Amma politoloq eyni zamanda Ermənistanda bir sıra çatışmazlıqların olduğunu dilə gətirib: “Birincisi, təhlükəsizlik məsələsi Ermənistan üçün aktualdır. Çünki münaqişə nizama salınmayıb və müharibə təhlükəsi var. İkincisi, Ermənistanda rabitə resurslarında çatışmazlıqlar var. Ermənistan de-fakto Azərbaycan və Türkiyə tərəfdən blokadadadır. Beləliklə, münaqişənin nizama salınması hər iki tərəf üçün sərfəlidir. Rusiya maraqlıdır ki, regionda vəziyyət sabit olsun”, – S.Markov bildirib.

Rusiya Dövlət Dumasının keçmiş deputatı Rusiyanın başqa ölkələrin, xüsusilə ABŞ-ın münaqişəyə qarışmaq cəhdlərinə şübhə ilə baxdığını dilə gətirib: “Çünki, Rusiyada “Vaşinqton” sözü “müharibə” sözü İlə assosiasiya edilir. Harada Vaşinqton, orada müharibə. Rusiya hesab edir ki, Vaşinqton münaqişəni nizama salmaq üçün deyil, Rusiyanı ətrafında münaqişəni saxlamaq üçün prosesə müdaxilə edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm