DƏHŞƏT: kişi orucunu açan arvadı su içərkən güllələdi
Bizi izləyin

Dünya

DƏHŞƏT: kişi orucunu açan arvadı su içərkən güllələdi

Türkiyədə dəhşətli cinayət baş verib.


ANS PRESS-in məlumatına görə, Bözüyük rayonunda yaşayan 34 yaşlı Levent S. iftar vaxtı, orucunu açan arvadını qətlə yetirib. Hadisə onların uşaqlarının gözü qarşısında baş verib.


Belə ki, 34 yaşlı Levent S. evə gələrək 31 yaşlı arvadının oruc süfrəsində əyləşdiyini görüb. Kişi naməlum səbəbdən qadınla mübahisə etməyə başlayıb. Daha sonra orucunu açmaq üçün su içərkən qadının başına odlu silahdan 3 dəfə atəş açıb.


Uşaqlarının gözü qarşısında arvadını dəhşətli şəkildə öldürən Levent S. hadisə yerindən qaçıb. Polis onun tapılması üçün əməliyyata başlayıb. Keçirilən əməliyyat zamanl Levent S.-nin yeri məlum olub. Polisə təslim olmaq istəməyən Levent S. bir müddət hüquq-mühafizə orqanları ilə atışıb. Sonradan təslim olmağa məcbur olub.


Levent S. saxlanılıb və məhkəməyə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm