Ermənilər Kılıcdaroğlunu kilsəyə buraxmadı
Bizi izləyin

Dünya

Ermənilər Kılıcdaroğlunu kilsəyə buraxmadı

Cümhuriyyət Xalq Partiyası (CXP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) vahid namizədi olan Ekmeleddin İhsanoğlu üçün dəstək arxasınca Almaniyaya gedən CXP sədri Kamal Kılıcdaroğlu səfərə çıxmağına peşman olub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Almaniyada yaşayan türklər CXP sədri ilə görüşməkdən imtina edib.

Xəbərə görə, K.Kılıcdaroğlu həmçinin Almaniyanın erməni icması ilə görüşmək arzusunu dilə gətirib. Amma Almaniyanın erməni icmasının mənəvi liderinin Kılıcdaroğlunun təklifini rədd etdiyi deyilir.

“Kamal Kılıcdaroğlu erməni kilsəsinə baş çəkmək istəyib. Ancaq erməni soyqırımını inkar edən partiya sədrinin erməni kilsəsinə girməsinə icazə verə bilməzdik”, - Almaniyanın erməni icmasının mənəvi lideri deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm